İspaniyanın cənubundakı Kadis körfəzində 5,4 bal gücündə zəlzələ baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, ölkənin Milli Coğrafiya İnstitutundan verilən açıqlamada zəlzələnin yerin 62 kilometr dərinliyində baş verdiyi bildirilib.

Əndəlus muxtar administrasiyasının rəsmiləri də zəlzələdə Cadiz və Huelva şəhərləri ətrafında hiss olunan can və mal itkisinin olmadığını açıqlayıb.