Zaqatalada qəza olub, biri ölüb.

"Unikal"ın məlumatına görə, hadisə ötən gecə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib. 

Belə ki, rayonun Aşağı Çardaqlar kənd sakini 29 yaşlı Musayev Yusif Sədrəddin oğlunun idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Höytala kənd sakini 34 yaşlı Qabacov Ramazan Əhməd oğlunun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alsa da, Ramazan Qabaçov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Digər sürücü Yusif Musayev isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır oldugu bildirilir. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli