Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdi ötən cümə günü ABŞ-ın Nyu-York şəhərində Chautauqua İnstitutunda iştirak etdiyi konfransda bıçaqla hücuma məruz qalıb və aparıldığı xəstəxanada respiratora qoşulub.

"Unikal" xəbər verir ki, Rüşdinin meneceri Endryu Uayli verdiyi açıqlamada yazıçının süni nəfəs aparatını tərk etdiyini və səhhətinin yaxşılaşdığını bildirib.

Uayli yazıçının səhhəti ilə bağlı əlavə məlumat verməyib.

Ötən cümə günü bışaqlanaraq xəstəxanaya aparılan Rüşti süni nəfəs aparatına qoşulub, qolunda və qaraciyərində sinirlərin ciddi zədələndiyi, bir gözünü itirmək riskinin olduğu açıqlanıb.

Rüşdiyə bıçaqla hücum edən 24 yaşlı Hadi Matarın məhkəmə tərəfindən təyin edilmiş vəkili Nathaniel Barone mətbuata açıqlamasında şübhəli Matarın dünən gətirildiyi məhkəmədə adam öldürməyə cəhd və hücum ittihamlarını rədd etdiyini bildirib.

Hücum edən şəxsin İran İnqilab Keşikçiləri Ordusunun simpatiyası olduğu güman edilir.