Kanadada maraqlı an yaşanıb. 

"Unikal" xəbər verir ki, səhiyyənin özəlləşdirilməsi ilə bağlı mətbuat konfransı keçirən Kanadanın baş naziri Douq Fordun ağzına arı düşüb.

Həmin anlar ətrafdakı mətbuat nümayəndələri tərəfindən saniyə-saniyə lentə alınıb. Qısa müddətdə internetdə yayılan videoda 57 yaşlı baş nazirin “Aman Allahım, indicə arı uddum” deməsi eşidilir.

Daha sonra Ford su içərək özünü sakitləşdirməyə çalışıb.

Bu hadisə qısa zamanda sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.