Çexiyada keçirilən aviaşouda bədbəxt hadisə yaşanıb.

"Unikal" xəbər verir ki, İkinci Dünya müharibəsi illərinə aid “Hawker Hurricane IIC” qırıcısı uçuş  zamanı qəzaya uğrayıb.

Təyyarə Toçnadakı Aviasiya Muzeyinə məxsus olub. Onu idarə edən britaniyalı pilotun həlak olduğu bildirilib.

Qeyd edək ki, qırıcı Çexiyaya ötən ilin iyununda gətirilib. O, belçikalı sahibindən alınıb. Bahalı təmirdən sonra qırıcı Toçna hava limanında saxlanılıb və bir neçə dəfə aviaşoularda iştirak edib.