Lanarkadan Mançesterə gedən təyyarədə qorxulu anlar yaşanıb.

"Unikal" xəbər verir ki, yanında bomba olduğunu iddia edən qadın pilot kabinəsinə hücum etmək istəyərkən sərnişinlərdən biri ona müdaxilə edib.

Təyyarə Parisdə məcburi eniş edərkən 35 yaşlı sərnişin qəhrəman elan edilib.

Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, qadın sərnişin alt paltarını soyunaraq kabinəyə hücum edib. 30 yaşlarında olduğu bildirilən hücumçu, yanında partlayıcı olduğunu iddia edib.

Valideynlərinin DEAŞ üzvü olduğunu qışqıran hücumçunu Phillip O'Brien adlı keçmiş mühafizəçi zərərsizləşdirib. 35 yaşlı kişi tezliklə Britaniya mətbuatı tərəfindən qəhrəman elan edilib. 

Təyyarə Parisdə məcburi eniş etdikdən sonra Fransa polisi onu saxlayıb.