Məşhur israilli müğənni və bəstəkar Zvika Pik Tel-Əvivdə 72 yaşında vəfat edib. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin Kan radiosu məlumat yayıb.

Pik çoxlu sayda hit və mahnıların müəllifidir, onların arasında "Diva" mahnısı 1998-ci ildə Eurovision Mahnı Müsabiqəsində qalib gəlib. Pikin qızı Daniela amerikalı rejissor Kventin Tarantino ilə evlidir.