İrəvan metrosu fəaliyyətini bərpa edib.

"Unikal" xəbər verir ki, stansiyalarda heç bir partlayıcı qurğu tapılmayıb.

“Xilasedicilər, istehkamçılar və kinoloqlar bütün stansiyaları yoxlayıblar. Təhlükəli heç nə aşkar edilməyib”, - deyə metro rəhbərliyi bildirib.

Metropoliten sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyib.

18:23

Avqustun 14-də saat 16:46-da Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə metronun bütün stansiyalarında, bütün mühüm hərbi və mülki obyektlərdə, bütün ticarət mərkəzlərində, zooparkda, Baqramyan 19 ünvanında partlayıcı qurğuların olması barədə bir daha məlumat daxil olub.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, hətta İrəvan metrosu boşaldılıb.

Hazırda İrəvanda Karen Dəmirçyan metrosunun bütün stansiyalarının qapıları bağlıdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xilasetmə qüvvələrinin xüsusi təyinatlı xilasetmə əməliyyatlarının həyata keçirilməsi mərkəzinin kinoloji-xilasetmə dəstələri və Mülki müdafiə idarəsinin Mülki müdafiə qüvvələrinin Kollektiv mərkəzinin mühəndis-xilasetmə dəstələri hadisə yerinə çıxıblar.

Əhalinin təhlükəsizliyi ilə əlaqədar təxliyə işləri aparılır.