Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinin Udı yaşayış məntəqəsini ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının Xerson vilayətinin Belaya Krinisa və Beloqorka ərazilərindəki canlı qüvvəsinə, habelə hərbi texnikalarına zərbələr endirilib.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, operativ-taktiki və ordu aviasiyası, raket qoşunları, artilleriya qüvvələrinin Ukrayna ərazisindəki hərbi obyektlərə zərbələri davam edir.