Yevlaxda ölən və yaralanan şəxsin kimliyi məlum olub.

"Unikal"-ın məlumatına görə, "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1965-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

Qəza zamanı habelə Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

xxx

15:44

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, Yevlax şəhərində "Mercedes" və "VAZ" markalı avtomobillər toqquşub.  Qəza nəticəsində bir nəfər ölüb. Ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov