Bu gün Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"  apa-ya istinadən xəbər verir ki, hadisə Şabran-Çuxurəzəmi yolunda qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.