Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) nəzdindəki kollecin tələbəsi avtomobil qəzasında ölüb.

"Unikal" xəbər verir ki, bu barədə kollecin “Facebook” səhifəsində paylaşım edilib.

Bidirilib ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avto-qəza nəticəsində həyatını itirib.