Misirdə 13 nazir dəyişikliyi baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Misir parlamenti bu gün keçirilən plenar iclasda prezident Əbdülfəttah əs-Sisinin təqdim etdiyi 13 nazirlikdə edilən dəyişiklikləri təsdiqləyib.

Nazirlər Kabinetinin yenidən formalaşmasını nəzərdə tutan bu dəyişiklik ilk növbədə səhiyyə, aviasiya, immiqrasiya, yerli inkişaf və təhsil sahəsini əhatə edir.