Göyçay rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Unikal" xəbər verir ki, şəhər sakini, 1950-ci il təvəllüdlü Zeynalova Fəridə Heydər qızına məxsus ümumi sahəsi 165 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda ərazidə alovun tam söndürülməsi prosesi gedir. 

Faktla bağlı araşdırma aparılır.