Azərbaycan idmançısı Jalya Əliyeva yunan-roma güləşi yarışlarında V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

"Unikal"ın verdiyi məlumata görə, o, nigeriyalı Ester Kolayevanı 14:6 hesabı ilə məğlub edib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355 medalla təltif olunacaqlar.