Bərdə rayonunun Zümürxan kəndində həyətyanı sahədə yığılan 18 ton ot bağlamasının 6 tonu və yol kənarında 120 m² sahədə kol-kos yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.