Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ilk matçında ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

"Kapital Bank Arena"dakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.

Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, "gənclik şəhəri" təmsilçisi iki oyundan sonra xalsız qalıb.