Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəylik Oyunlarına uğurlu start verdi. 

"Unikal" xəbər verir ki, 5-ci İslam Həmrəylik Oyunlarında "C" qrupunda qərarlaşan millimizin ilk rəqibi Mali seçməsi olub. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3x3 basketbol yığmamız görüşə fəal başlayıb və yekunda 18-15 hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığmamızın qrupdakı növbəti rəqibi Türkiyə millisi olacaq. Oyun Bakı vaxtı ilə bu axşam saat 22.00-da baş tutacaq.