Növbəti həftə (15-19.08.2022 tarixləri) saat 12:00-da daha 1 şəhər və 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

"Unikal" xəbər verir ki, aksiya həftənin 1-ci günü Sumqayıt şəhərində (Şəmsi Bədəlbəyli 8, "Kimyaçı” Mədəniyyət Sarayı), 2-ci günü Biləsuvar rayonunda (Heydər Əliyev prospekti, Mərkəzi Park), 3-cü günü Cəlilabad rayonunda (Heydər Əliyev prospekti, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi), 4-cü günü Yardımlı rayonunda (Heydər Əliyev prospekti 165, Heydər Əliyev Mərkəzi), 5-ci günü Lənkəran rayonunda (Həzi Aslanov Parkı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.