İranda ötən sutka ərzində 3 315 nəfər koronavirusa (COVID-19) yoluxub, 55 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 142 861 nəfərə çatıb, yoluxanların sayı isə 7,46 milyondan çoxdur. Virus daşıyıcılarından 1 452 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,16 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib.