Bakıda bir ailənin altı üzvü plovdan zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

“Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.