BBC "Eurovision 2023" -ə ev sahibliyi etmək üçün namizəd olan Böyük Britaniya şəhərlərinin qısa siyahısını açıqlayıb.

"Unikal" xəbər verir ki, gələn il Ukraynanın əvəzinə Böyük Britaniyanın müsabiqəyə ev sahibliyi edəcəyi təsdiqlənəndən bəri, ölkənin müxtəlif yerlərində bu şərəfli yer uğrunda mübarizə aparılır.

London meri Sadiq Xan tədbirin İngiltərənin paytaxtında keçirilməsində israr etsə də, Qlazqo və Mançester də daxil olmaqla digər şəhərlər də papaqlarını rinqə atıblar.

"Eurovision 2023"-ə ev sahibliyi etmək şansı verilə biləcək yeddi şəhərin qısa siyahısı açıqlanıb: Bunlar: Birmingem, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl və Şeffilddir.