Çin lideri Si Cinpin xaricə ilk səfərinə hazırlaşır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı onun ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulur.

Bildirilir ki, Si Cinpin 2020-ci ilin əvvəlindən bəri ilk xarici səfərini Cənub-Şərqi Asiya ölkələrinə edəcək. Xüsusilə noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində şəxsən iştirak etməyi planlaşdırır.