BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə sarsılmaz sadiq olduğunu bəyan edib.

"Unikal" xəbər verir ki, Seulda Cənubi Koreya prezidenti Yoon Suk-yeol ilə görüşdə Quterreş "BMT-nin Koreya yarımadasının və KXDR-in tam, yoxlanıla bilən və geri dönməz nüvəsizləşdirilməsinə dair açıq-aşkar öhdəliyini" təsdiqlədiyini bildirib.

“Əsas məqsəd bütün regiona sülh, təhlükəsizlik və sabitlik gətirməkdir”, - deyə o, Cənubi Koreyanın beynəlxalq sülhməramlı səylərdə və iqlim dəyişikliyi ilə mübarizədə iştirakını yüksək qiymətləndirib.

Cümə axşamı Cənubi Koreyaya gələn Quterreş daha sonra Cənubi Koreyanın xarici işlər naziri Park Jin ilə görüşüb.

Şimali Koreya bu il 30-dan çox ballistik raketi sınaqdan keçirib..