Avstraliya Liberal Partiyası Yeni Cənubi Uelsdə keçirilən konfransda qondarma "Artsax Respublikasının müstəqilliyini" və "erməni soyqırımlarını" tanıyıb.

"Unikal" xəbər verir ki, bu barədə qondarma terrorçu rejimin nümayəndəsi Davit Babayan öz "Facebook" səhifəsində yazıb.

 Bundan əlavə, partiya Avstraliya federal hökumətini də qondarma "respublikanın" müstəqilliyini tanımağa çağırıb. 

Qeyd edək ki, sözügedən təxribatın arxasında, əsasən, Avstraliya Liberal Partiyası və Yeni Cənubi Uels Parlamentinin Erməni-Avstraliya Dostluq Qrupu dayanır. 

Ağarza Elçinoğlu