PSJ-nin qapıçısı Keylor Navas klubdan ayılmaq üzrədir.

"Unikal" xəbər verir ki,  "Napoli" 35 yaşlı qolkiperi transfer etməyə yaxındır. Bu barədə italiyalı idman jurnalisti Di Marzio məlumat yayıb. Mənbəyə görə, Neapol təmsilçisi futbolçunun maaşı və qarşı tərəfə ödəyəcəyi təzminatla bağlı danışıqları davam etdirir.

Qeyd edək ki, Navas 2019-cu ilin yayından PSJ-də çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb və 9 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.