Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub.

"Unikal" xəbər verir ki, onu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısnın tapşırıq və tövsiyələrini çatdırıb.

O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.