Rusiya hərbçiləri İran pilotsuz uçuş aparatlarının Moskvaya təhvil verilməsinə dair razılaşma çərçivəsində son həftələr İranda təlim keçir.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters"in məlumatında qeyd olunub. 

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Rusiya ordusunun son bir neçə həftə ərzində İranda pilotsuz təyyarələrlə təlim keçdiyini bildirib.

Onun sözlərinə görə, İranın Rusiyaya pilotsuz təyyarələr təhvil verməsi "potensial olaraq çoxsaylı sanksiyalara məruz qalır".

"Biz İranın PUA-lardan istifadə etməsi və yayılması ilə bağlı dərin narahatlığımızı davam etdiririk. Onlar ABŞ əsgərlərinə, regiondakı tərəfdaşlarımıza və beynəlxalq təşkilatlara hücum etmək üçün istifadə edilib", - o əlavə edib. 

Türk mətbuatının yaydığı xəbərə görə, Rusiya İrandan "Şəhid-191" və "Şəhid-129" PUA-ları almağa hazırlaşır.

Ağarza Elçinoğlu