Fransadakı mağazalardan kondisionerlərdən istifadə edərkən qapılarını bağlamaları tələb olunub.

"Unikal" xəbər verir ki, artıq kondisionerlə bağlı qaydaları pozan mağazalar 750 avroya qədər cərimələnir.

İlk belə cəza Parisin 4-cü rayonunda, Rivoli küçəsindəki mağazalara tətbiq olunub. Tədbirin enerjiyə qənaəti stimullaşdırmaq məqsədi daşıdığı bildirilib.