Türkiyənin Aydın vilayətinin Kuşadası Bələdiyyəsində İnsan Resursları Müdiri vəzifəsində çalışan Ahmet Balsak yaşadığı ünvanda mübahisə zamanı qonşusu tərəfindən bıçaqlanaraq öldürülüb.

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Qadın Dənizi məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, Kuşadası Bələdiyyəsində İnsan Resursları Meneceri vəzifəsində çalışan Ahmet Balsak naməlum səbəbdən qonşuları ilə mübahisə edib. Mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri Balsakın boğazına bıçaq zərbəsi endirib. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Balsak dünyasını dəyişib.

Hadisədən sonra xəstəxanaya axın edən tərəflər arasında dava davam edib. Çox sayda insanın bir-birinə hücum etdiyi hadisələri sakitləşdirmək üçün xəstəxana önünə polis qrupları sövq edilib.

Gültəkin Ələsgər