Moskvanın Maloye Vidnoye kəndində yanğın baş verib. Dəhşətli yanğımnda üç uşaq həlak olub. 

"Unikal" yanaraq ölən uşaqlar  2013 və 2015-ci il təvəllüdlü qızlar, həmçinin onların 2016-cı il təvəllüdlü qardaşıdır. 

İlkin məlumata görə, ana övladlarını evin çardağına bağlayaraq nəzarətsiz qoyub. Yanğın zamanı azyaşlılar çölə çıxa bilməyiblər.

Hazırda faciə yerində müstəntiqlər və məhkəmə-tibb ekspertləri işləyir, qonşuları və qohumları dindirirlər. 

Moskva vilayətinin prokurorluğu üç uşağın öldüyü Leninski şəhər rayonunda baş verən yanğın yerindən video yayımlayıb. Görüntülərdə yanğınsöndürənlərin binanın üst mərtəbəsində yanğını söndürdüyü görünür.

İdarədən onu da qeyd ediblər ki, faciənin bütün hallarının aydınlaşdırılması üçün hadisə ilə bağlı araşdırma təşkil edilib. Faktla bağlı iki cinayət işi açılıb, istintaqın gedişi prokurorluq orqanlarının nəzarətinə götürülüb.