Antalyanın Serik rayonunda iş adamı evinin qarşısında güllələnib.

"Unikal" xəbər verir ki, silahlı basqın nəticəsində yaralanan iş adamı Gülhan K. xəstəxanada dünyasını dəyişib. 

Hadisə Serik rayonu Gedik məhəlləsində baş verib. Evinin qarşısında əyləşən Gülhan K.-ya avtomobillə gələn şəxs tərəfindən9 dəfə atəş açılıb. 

Hadisə yerindən qaçan təcavüzkar YK Belkıs rayonunda saxlanılıb.

İşin istintaqı davam etdirilir.