Almaniya Ukraynanın bərpasını müzakirə etmək üçün beynəlxalq konfrans keçirməyi planlaşdırır.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.  

Onun sözlərinə görə, planlar hələ təsdiqlənməyib, lakin mümkün tarix oktyabrın 25-i göstərilir. 

Kansler Olaf Şolz daha əvvəl jurnalistlərə açıqlamasında Ukraynanın yenidən qurulması səyləri, İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın yenidən qurulmasına kömək edən Marşal Planından da böyük olacağını bildirmişdi.