Aktrisa Məryəm Üzərlinin siması olduğu Rusiyanın məşhur kosmetika markasının reklam çəkilişlərindən elde etdiyi gəlir ortaya çıxıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa reklamdan 1 milyon dollar (təxminən 1 milyon 700 min manat) qazanıb.

O, çəkilişdən görüntüləri şəxsi İnstaqram səhifəsində paylaşmaq üçün də 100 min dollar (təxminən 170 min manat)  qonorar alıb. Aktrisa ümumilikdə 1 milyon 870 min manat qazanıb.