"Şimali Atlantika Alyansının Madrid sammitindən sonra Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Şimali Atlantika Alyansının NATO -ya üzvlük məsələsi ilə bağlı ilk iclası avqust ayının 26-na planlaşdırılıb".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Hələ ki, biz İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı memorandumda qeyd olunan və şifahi olaraq verilən öhdəlikləri yerinə yetirdiyini görmürük. Bununla belə, biz danışıqlara hazırıq. İsveç və Finlandiya nümayəndələri ilə ilk belə görüşün avqustun 26-da keçirilməsi planlaşdırılır”, - Çavuşoğlu bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qərbi NATO müttəfiqlərini Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olmasını tez bir zamanda təsdiqləməyə çağırıb . Bayden bunu Ağ Evdə iki ölkənin NATO-ya qəbulu ilə bağlı protokolları imzalamazdan əvvəl bəyan edib.

Bundan əvvəl Bayden Senata Finlandiya və İsveçin bloka qoşulması ilə bağlı protokolların ratifikasiyası haqqında qətnamə qəbul etdiyinə görə təşəkkür edib və sənədin imzalanmasını “səbirsizliklə gözlədiyini” bildirib.