Rusiya Ukraynanın Rusiyada maraqlarını və Moskvanın Ukraynadakı maraqlarını təmsil etmək üçün İsveçrənin təklifindən imtina etdiyini, çünki İsveçrəni artıq neytral ölkə hesab etmədiyini bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin münasibətləri pozulmuş ölkələr arasında vasitəçi kimi çıxış etmək uzunmüddətli diplomatik ənənəyə malikdir, lakin Xarici İşlər Nazirliyinin sözçüsü İvan Neçayev hazırkı vəziyyətdə bunun mümkün olmadığını bildirib.

“İsveçrəlilər həqiqətən də bizim Ukraynanın Rusiyada, Rusiyanın isə Ukraynada maraqlarının mümkün təmsil olunması ilə bağlı rəyimizlə maraqlandılar”, - deyə Neçayev jurnalistlərə bildirib.

Aynurə Xudaverdiyeva