Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən zəhərlənmə şübhəsi ilə saat 16 radələrində ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 4 yeniyetmə gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib:

"Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir".