Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Mürsəlov Gədəbəy rayonunun icra başçısı təyin edilib.

"Unikal"ın məlumatına görə, o, bu təyinatadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, O.Mürsəlov PA-da qərb bölgəsinin kuratoru kimi Şəmkir, Samux, Ağstafa, Qazax, Gədəbəy rayonlarında keçirilən tədbirlərin əksəriyyətində iştirak edib.