Fransada 3 gündür davam edən dəhşətli meşə yanğınları söndürülə bilmir.

"Unikal" Fransa mətbuatına istinadən xəbər verir ki, təyyarələrin dəstəyi ilə 1000-dən çox yanğınsöndürən Fransanın üzümçülük mərkəzi olan Bordo yaxınlığında nəhəng meşə yanğını ilə üçüncü gündür ki, mübarizə aparsa da, temperaturun azalması müşahidə olunmayıb.

Fransada yanan bir neçə böyük yanğından biri olan Gironde bölgəsindəki yanğın minlərlə insanı evlərini tərk etməyə məcbur edib, ondan çox mülkü məhv edib və 6800 hektardan çox meşə sahəsinə ziyan dəyib.

Aynurə Xudaverdiyeva