Türkiyədə ovladığı ördəyi almaq üçün Eldere gölünə girən şəxs boğularaq ölüb.

"Unikal" xəbər verir ki, Afyonkarahisarın Dinar rayonunda 48 yaşlı Muammer Çukurun ovladığı ördək gölə düşüb. Ördəyi almaq üçün gölə girən Çukur bir müddət sonra yoxa çıxıb.

Xəbərdarlıq üzərinə bölgəyə polislərlər sövq edilib.

Göldə su səthinə sözügedən kişinin cəsədi çıxıb.

Aynurə Xudaverdiyeva