Bu il 62 şəxs əvvəlki işinə bərpa olunub.

Bu barədə "Unikal"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin 7 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 62 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.