Boliviyada içkinin təsirindən boş tabutda yatan şəxs diri-diri dəfn edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bölgədə ənənəvi olaraq keçirilən dini mərasim çərçivəsində baş verib. 

Belə ki, ənənəyə görə, boş tabut qurban olaraq "Torpaq Ana"ya verilir. Spirtli içki qəbul edən şəxs öz yatağı zənn etdiyi tabutun içinə girib. 

30 yaşlı Mika Alvaresin tabutda olduğunu hiss etməyən kütlə mərasim çərçivəsində tabutu torpağa basdırıb. O, ayıldıqdan sonra dəfn edildiyini anlayıb: "Ağırlığı üzərimə itələməyə başlayanda tabutu sındırdım və içəri torpaq girməyə başladı. Həmin an dəfn olunduğumu anladım. Sonra torpağı qazaraq oradan çıxdım". 

Ağarza Elçinoğlu