Yaponiyanın şimalında 5,1 baldan 5,4 baladək bir neçə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Nakaqava yaşayış məntəqəsi yaxınlığıda, ocaqları isə 4-10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.