Avropa pandemiya dövründən bəri hava limanlarındakı kadr çatışmazlığına həll yolu tapa bilməyib.

"Unikal" xəbər verir ki, İngiltərə, Almaniya və Fransa başda olmaqla bir çox ölkənin hava limanlarında ciddi problemlər yaşanarkən şəxsi heyət tətilə başlayıb.

Nəhayət,  Almaniyanın Münhen hava limanının saytında yer alan açıqlamada Verdi həmkarlar ittifaqının Svissport Losch şirkətinin işçilərini avqustun 10-da yerli vaxtla saat 10:00-15:00-da işini dayandırmağa çağırdığı bildirilib.

Birliyin çağırışı ilə yerüstü xidmət göstərən işçilər səhər saat 10:00-dan axşam saat 15:00-dək işdən çıxıblar.

Tətilin "xəbərdarlıq" olduğunu izah edən həmkarlar ittifaqı tətildə iştirakın yüksək olduğunu açıqlayıb. Münhen Hava Limanından verilən açıqlamada tətil səbəbindən bu günə planlaşdırılan 36 reysin ləğv edildiyi bildirilib. Həmkarlar ittifaqı hava limanında baqaj, yük daşımaları və daşıma xidmətləri göstərən işçilərin maaşlarının 10 faizdən çox artırılmasını tələb edir.