Rusiya, İran və Azərbaycan nümayəndələri tranzit və gömrük məsələlərini, həmçinin “Şimal-Cənub Dəhlizi" ilə bağlı məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər.

"Unikal" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran və Azərbaycan arasında yeni körpü və dəmir yolu anbarlarının yerləşdiyi İranın şimal sərhəd limanlarından biri olan Astara şəhərinə səfəri zamanı səsləndirib. 

Nəqliyyat rabitəsi və gömrük xidmətlərinin rəhbərləri səviyyəsində görüşün baş tutacağı gözlənilir.