Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, təyyarədə olan iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb .

Hadisə ölkənin mərkəzi hissəsində yerləşən Afyon vilayətində baş verib. Təlim uçuşu həyata keçirən təyyarə izah olunmayan şəraitdə yerli universitetin fermasının ərazisinə düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.