Rusiya ordusu Ukraynanın Donetsk vilayətində bombalı hücum həyata keçirib.

"Unikal" xəbər verir ki, hücum nəticəsində 7 nəfər həlak olub.

Ukrayna Prokurorluğu Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Baxmut qəsəbəsinə bombalı hücum təşkil etdiyini açıqlayıb. Prokurorluq hücum nəticəsində 7 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını bildirib. Prokurorluqdan verilən açıqlamada hücumlar səbəbilə bölgədə yanğının baş verdiyi qeyd edilib. 

Ukrayna həmçinin Rusiyanı BMT-27 “Uraqan” çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə mülki insanları hədəf almaqda ittiham edib.