Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.

"Unikal"-ın məlumatına görə, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb.

Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.