Amnesty İnternational təşkilatının həmtəsisçisi Per Vestberg hüquq müdafiəçilərinin UAF hərbi cinayətləri ilə bağlı hesabatını dərc etdikdən sonra təşkilatdan istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə o, Svenska Dagbladet-ə məlumat verib. 

"Mən bu təşkilatla uzun və səmərəli əməkdaşlığıma son qoyuram" deyə Vestberq açıqlamasında bildirib.  

Qeyd edək ki, avqustun 6-da Amnesty İnternational təşkilatının Ukrayna bölməsinin rəhbəri Oksana Pokalçuk da yuxarıda qeyd olunan hesabatın dərci ilə bağlı qalmaqaldan sonra tutduğu vəzifədən getmək qərarına gəlib. 

Xatırladaq ki, avqustun 4-də Amnesty İnternational hüquq müdafiəçiləri Ukrayna Silahlı Qüvvələrini məktəblərdə və xəstəxanalarda hərbi texnika və silah anbarları yerləşdirməkdə ittiham etdikləri hesabat yayıb.

Beləliklə, Ukrayna hərbçiləri beynəlxalq hüquq normalarını pozaraq mülki şəxslərin həyatını təhlükəyə atıblar. Amnesty İnternational təşkilatının baş katibi Aqnes Kallamarın sözlərinə görə, UAF-nin yaşayış binalarından zərbələr endirməsi halları dəfələrlə olub. Eyni zamanda, Ukrayna hərbi komandanlığı Rusiyadan cavab zərbəsi endiriləcəyi təqdirdə insanların həyatlarını riskə ataraq qonşu binalardan insanları qəsdən təxliyə etməyib.

Dünya ictimaiyyəti və Ukrayna hakimiyyəti hesabatın məzmununa çox sərt reaksiya verib.