Fransanın cənub-qərbində tüğyan edən meşə yanğınları 16 evi dağıdıb, 6 min hektar ərazini yandırıb.. 

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, Fransa, bütün Avropa kimi, son iki ayda bütün qitədə çoxsaylı meşə yanğınlarına səbəb olan istilik dalğaları və quraqlıqla mübarizə aparır.

"Yanğın geniş vüsət alıb və indi Landes departamentinə yayılıb", Gironde şərab departamentinin yerli hakimiyyət orqanlarının bəyanatında deyilir və əlavə edib ki, 500 yanğınsöndürən səfərbər olunub.

Ölkənin digər bölgələrində də, Loser və Aveyronun cənub departamentlərindən birində yanğınlar tüğyan edib və orada artıq 600 hektara yaxın ərazi yanıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Fransanın qərbindəki Men-et-Luara departamentində daha bir yanğın baş verib, burada 650 hektar yanıb, 500 hektar ərazi isə təhlükə altındadır.